Bakıda 26 yaşlı gənc ürəyindən bıçaqlanıb
26 dekabr 2019 01:08 (UTC +04:00)

Bakıda 26 yaşlı gənc ürəyindən bıçaqlanıb

 

Bakının Nizami rayonunda bıçaqlanma hadidəsi baş verib.

APA xəbər verir ki, hadisə "Lotos" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Hacıqabul rayon sakini, 1993-cü il təvəllüdlü Mayılov Sirac Əlizadə oğlu naməlum şəxs və şəxslərlə mübahisə zəminində ürək və qarın nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin, qarın boşluğunun çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163

Oxşar yazılar