Bakıda “Toyoto” qəza törədərək istinad divarına çırpılıb - FOTO
25 dekabr 2019 23:04 (UTC +04:00)

Bakıda “Toyoto” qəza törədərək istinad divarına çırpılıb - FOTO

0

 

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

APA xəbər verir ki, Beynəlxalq Avtovağzal dairəsinin yaxınlığında “Toyoto” markalı avtomobil “Volskwagen” markalı minik maşınına çırpılıb. 

Zərbənin gücündən sonuncu avtomobil yol ayrıcı betonun üzərindən əks yola çıxıb, “Toyoto” isə divara çırpılıb. Nəticədə istinad divarı dağılıb. 

Hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2005

Oxşar yazılar