437
16:56
24 Dekabr 2019

Bayram günlərində “Azəriqaz” gücləndirilmiş iş rejiminə keçəcək

“Azəriqaz” İstehsalat Birliyinin müştəri xidmətləri bayram günlərində (31 dekabr - 06 yanvar) gücləndirilmiş iş rejimində çalışacaq.

Lent.az -a qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı artıq işçilərin növbə ilə çalışacaqları qrafiklər tərtib olunub, onlar tam məlumatlandırılıb. Qeyd edilən tarixlərdə Birliyin Babək prospektində yerləşən Bakı Regional Qazın Satışı Departamentində, Gəncə Regional qaz istismarı idarəsi və Sumqayıt Regional qaz istismarı sahəsinin inzibati binalarında ayrılmış işçilər səhər saat 09:00-dan axşam saat 18:00-dək iş başında olacaqlar. Yalnız şənbə və bazar günlərində (4-5 yanvar) xidmət saat 17:00-dək davam edəcək.

Qeyd edək ki, birliyin mütəxəssisləri abonentlərə smart kartların verilməsi ilə yanaşı, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması, müqavilələrin bağlanması kimi xidmətləri göstərəcəklər.