Məşhur aktyor çəkiliş zamanı ölümdən qurtardı
24 dekabr 2019 11:09 (UTC +04:00)

Məşhur aktyor çəkiliş zamanı ölümdən qurtardı


Çinli və amerikalı aktyor Ceki Çan atışma səhnəsinin çəkilişi zamanı ölümlə üz-üzə qalıb.

Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, aktyorun sözlərinə görə, “Avanqard” filimin çəkiliş meydançasında asanlıqla ölə bilərmiş.

O, dənizdə bir daşın altında ilişib qalıb və çıxa bilməyib. Ceki Çan iddia edir ki, vahiməyə düşməsə də, qorxub və bədəni titrəyib. Aktyora kömək üçün həmkarları gəliblər, onu sudan çıxarıblar. 

Onun sözlərinə görə, insident bütün çəkiliş qrupunu qorxudub. Filmin rejissoru Stenli Tonqa əsəbiləşib, amma aktyor onunla hər şeyin yaxşı olduğunu və çəkilişlərə davam edə biləcəyini bildirib.

 

# 1331
avatar

Oxşar yazılar