1213
10:19
24 Dekabr 2019

ƏSA Teatrında "And"ın premyerası olub

Dekabrın 23-də inklüziv ƏSA Teatrında 2019-cu ilin son premyerası olub.

Teatrdan Lent.az -a verilən məlumata görə, dünya klassikasından J.B.Molyerin “Xəsis” əsəri əsasında hazırlanan “And” tamaşasının premyerası Azərbaycan Dövlət Akademik Dram Teatrında anşlaqla keçib.

“And” tamaşasının premyerasını izləyənlər arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xƏliyeva, Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyeva da olublar. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə komitənin sədri Rövşən Rzayev, Diasporla iş üzrə komitənin sədri Fuad Muradov, sabiq deputatlar və digər rəsmi şəxslərlə yanaşı, mədəniyyət və incəsənət xadimləri də tamaşaçılar arasında olublar.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanan “AND” tamaşasının növbəti premyerası 2020-ci il yanvarın 15-də Akademik Rus Dram Teatrının səhnəsində olacaq.

Tamaşada rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Quliyev, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Rəsul Zəkiyev, Günay Məmmədova, Orxan Əliyev, Fərid Əliyev və Bəhram Rəhimli ifa edirlər.

Tamaşanın baş prodüseri Nicat Qulam, müəllifi və quruluşçu rejissoru Nihad Qulamzadə, rejissor assistenti Səmayə Ağayarova, redaktoru Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, səhnə və geyim tərtibatı Viktoriya Lerman, multimedia Famil Mahmudbəylidir.