ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var
24 dekabr 2019 07:08 (UTC +04:00)

ABŞ-da silahlı insident baş verib, ölən və yaralananlar var

 

 

ABŞ-ın Arizona ştatının Finiks şəhərində silahlı insident qeydə alınıb.

APA "Fox News"a istinadən xəbər verir ki, hadisə ticarət mərkəzinin yaxınlığında baş verib. 

Naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində iki nəfərin yaralandığı bildirilib. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, silahlı şəxs ətrafdakı insanları hədələyərək, avtomobil oğurlayıb. Cinayətkar onu dayandırmağa çalışan bir nəfəri, eyni zamanda digər nəqliyyat vasitəsinin sürücüsünü yaralayıb.

Silahlı cinayətkar qaçırdığı avtomobili polis maşınına çırpıb. Polis tərəfindən güllə yarası alan cinayətkar hadisə yerində ölüb. 

Hadisə zamanı xəsarət alan mülkilər xəstəxanaya yerləşdiriliblər.

# 951
avatar

Oxşar yazılar