670
09:14
23 Dekabr 2019

Bunlar ağrılarınızı azaldacaq

Düzgün qidalanma skelet-əzələ sistemi xəstəlikləri, oynaq və sümük ağrılarını əhəmiyyətli dərəcədə aradan qaldıra bilər.

e-tibb.az xəbər verir ki, alimlər, bu ağrıları aradan qaldırmağa kömək edən qidalanma barədə tövsiyələrini səsləndirdilər.

Mütəxəssislər, bunun kəskin mərhələdə olan iltihabı dayandıra və xəstəni son dərəcə xoşagəlməz hisslərdən xilas edə biləcəyi barədə yeni bir yanaşma olduğunu iddia edirlər.
Sümük və oynaq ağrısı ümumiyyətlə, payız-qış və yaz mövsümündə daha çox kəskinləşir. Qışda fiziki fəaliyyətin azalması və D vitamininin çatışmaması bu vəziyyəti daha da dərinləşdirir. Bildirilir ki, qidalanma ilə bağlı bəzi tövsiyələr insanın əzələ-skelet sistemində iltihabı yavaşlatmağa kömək edə bilər. Alimlərə gpörə, hər şeydən əvvəl təhlükəli amillərə səbəb olan araxidon turşusu ilə zəngin olan qidaların qəbulu azaldılmalıdır. Bu birləşmə qaraciyərdə, yağda və yumurta sarısında çox miqdarda olur. Araxidon turşusu pendir və süddə də var, buna görə də bu məhsulların miqdarı məhdudlaşdaırılmalıdır. Bu mümkün deyilsə, yağsız qidalara üstünlük verilməlidir.

Turşulardan da qaçmaq lazımdır. Tövsiyə olunmayan qidalara şəkər, qəhvə, qara çay, ağ un, yumurta, pendir, ət və spirt daxildir.Araxidon turşusu heyvan mənşəli bir çox məhsulda olduğu üçün sümük və oynaq xəstəliklərində ət məhsulları ümumiyyətlə, zərərli sayılır.

Bu vəziyyətdə balıq mümkün qədər çox qəbul edilməlidir. Balıqda olan Omega-3 turşuları iltihabı azaltmağa kömək edir.
Həmçinin bol miqdarda tərəvəz yemək tələb olunur. Meyvə və tərəvəzlər özündə çoxlu sayda faydalı elementlər və vitaminləri ehtiva edir. Onların bir çoxu antioksidant təsiri göstərir, bu da iltihab proseslərini yüngülləşdirir. Xüsusilə tərkibində çox miqdarda selen, E və C vitaminləri olan məhsullar buraya aiddir.

e-tibb.az

Dİgər xəbərlər