"İnter Mayami"nin həmsahibi Devid Bekhem "Mançester Siti"nin keçmiş baş məşqçisi Pep Qvardiolaya MLS klubunda işləməyi təklif edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 55 yaşlı ispaniyalı mütəxəssis Xavyer Maskeranonun yerinə ən yaxşı seçimdir.
Lakin Qvardiola təklifi rədd etmək niyyətindədir. O, tezliklə işə qayıtmaq istəmir və ailəsi ilə vaxt keçirməyi planlaşdırır.
Qvardiola "Mançester Siti"də 10 mövsüm keçirib və klubla 20 kubok qazanıb.