İrandan Dünya çempionatında tarixi rekord
22 iyun 2026 13:36 (UTC +04:00)

İrandan Dünya çempionatında tarixi rekord

0

İran milli komandası dünən Dünya çempionatı qrup mərhələsinin ikinci turunda Belçika ilə heç-heçə (0:0) edib.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla da İran komandası Dünya çempionatında yaş rekorduna imza atıb.

Qeyd olunur ki, İran milli komandasının start heyətindəki oyunçuların orta yaşı 32 il 181 gün olub, bu da dünya turnirlərində rekord göstəricidir, çünki bu statistika 1966-cı ildən bəri aparılır.

Ən yaşlı start heyətində ilk on birlik rekordu Almaniya millisinə məxsus idi - 1998-ci il Dünya çempionatında İrana 2:0 hesabı ilə qalib gəldikləri oyunda 31 il 334 gün.

Üçüncü yerdə Belçika millisinin start heyəti - 1998-ci il Dünya çempionatında Meksika ilə 2:2 hesablı heç-heçədə 31 il 301 gün.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar