3501
23:12
21 Dekabr 2019

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: bir ailənin 3 üzvü öldü - YENİLƏNİB

Salyanın Noxudlu kəndi ərazisində baş verən qəzada ğlənlərin sayı 3 nəfərə çatıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ölən şəxs qəzada xəsarət alaraq xəstəxanaya yerləşdirilən Hacıyev Ələsgər Aqil oğludur.

19:41

Xəbərə fotolar əlavə edilib.

19:24

Salyanda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Noxudlu kəndi ərazisində qeydə alınıb. "Mitsubishi" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində maşında olan bir ailənin 5 üzvü - Məmmədova Təranə Saleh qızı, 1969-cu il təvəllüdlü Məmmədova Zemfira Seyfulla qızı, 1971-ci il təvəllüdlü Məmmədov Həsən Abdul oğlu, Hacıyev Ələsgər Aqil oğlu, Şükriyyə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan Z.Məmmədova və T. Məmmədov xəstəxanada ölüblər.

Faktla bağlı Salyan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.