17:22
21 Dekabr 2019

Şagirdlər Ulduz Şokolad fabrikində ekskursiyada olublar - FOTO

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdləri və müəllim heyati ilə Ulduz Şokolad fabrikində təşkil olunan ekskursiyada iştirak ediblər. Şagirdlər ilk öncə şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarxı izləyib, şokolad məhsullarının hazırlanma texnologiyası barədə ətraflı məlumat əldə ediblər.

Daha sonra istehsalat sahəsinə daxil olan müəllim və şagirdlər yerli brendin məhsullarının hazırlanma prosesini canlı şəkildə izləyib, eyni zamanda fabrikdə tamamilə avtomatlaşdırılmış və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla tanış olublar.

Ulduz Şokolad Fabriki hər zaman fabrikdə şokoladlı konfetlərin istehsalını yaxından görmək istəyən şagirdlər, tələbələr və digər kollektivlər üçün ödənişsiz ekskursiyalar təşkil edir, ekskursiya zamanı onlara fabrik, istehsalat prosesi haqqında məlumatlar verilir.

Qeyd edək ki, 2001-ci ildə fəaliyyət göstərən Ulduz Şokolad Fabriki yerli və xarici bazarlara beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edir. Fabrik fəaliyyət sahəsini və proseslərini yerli və beynəlxalq qanunvericiliyin tələblərinə, Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə, Halal Qida standartlarına uyğun olaraq qurur, istehlakçıya tam təhlükəsiz, etibar edə biləcəyi qidanı təqdim edir.

Dİgər xəbərlər