434
14:13
21 Dekabr 2019

Ayaqqabısında narkotik maddələr gətirmək istəyənin acı aqibəti

İrandan narkotik keçirmək istəyən şəxs saxlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsindən Lent.az -a daxil olan xəbərə görə, İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb. Şifahi sorğu-sual edildikdən sonra üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın ayağındakı ayaqqabının hər iki tayında 5 ədəd bükümdə ümumi çəkisi 56 qram olan narkotik vasitə - heroin, çəkisi 31,5 qram olan psixotrop maddə - metamfetamin, 19 ədəd üzərində "M40" yazısı olan metadon adlı həb aşkarlanıb.