Rusiyada yol qəzasında 4-ü polis əməkdaşı olmaqla 5 nəfər ölüb
20 dekabr 2019 08:24 (UTC +04:00)

Rusiyada yol qəzasında 4-ü polis əməkdaşı olmaqla 5 nəfər ölüb

 

Rusiyanın Aleyski rayonunun A-322 magistral yolunda Uryupino və Krasnıy Yar kəndləri arasında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yol qəzasında 4-ü polis əməkdaşı olmaqla 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Regional polis idarəsinin məlumatında bildirilib ki, yerli vaxtla 19:50-də “VAZ 21074” markalı avtomobillə “Toyota” markalı maşın toqquşub: "“VAZ 21074”də 5 polis əməkdaşı olub. Onlardan 4 nəfəri hadisə yerində dünyasını dəyişib, 1-i xəstəxanaya yerləşdirilib. “Tayota”da isə 3 nəfər mülki vətəndaşdan 1-i ölüb, 2-si xəsarət alıb”.

Xəsarət alan polis əməkdaşının qadın olduğu qeyd olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1319

Oxşar yazılar