“Hakim 2 penaltimizi vermədi” - Serxio Ramos
19 dekabr 2019 11:40 (UTC +04:00)

“Hakim 2 penaltimizi vermədi” - Serxio Ramos


“Real”ın kapitanı Serxio Ramos “Barselona” ilə dünən keçirdikləri oyunu şərh edib.

Lent.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi “El Klasiko”dakı hakim idarəçiliyindən narazı qalıb.

Ramos referinin 2 epizodda “Barselona”nın qapısına penalti verməli olduğunu, ancaq bunu etmədiyini bildirib:

“Əminəm ki, oyunda 2 penaltimiz verilmədi. Hər iki epizod ilk hissədə baş vermişdi. Matçın fasiləsində həmin epizodların təkrarına baxdıq və hər şey bizə aydın oldu. Heç nəyi dəyişə bilmərik. Düzdür, VAR-dan istifadə edilir, amma nə bilim. Ümid edirəm ki, digər görüşlərdə bu cür səhv qərarlar qəbul olunmayacaq”.

Qeyd edək ki, “Barselona” - “Real” qarşılaşması qolsuz bərabərliklə nəticələnib.

# 1088
avatar

Oxşar yazılar