Nazir müavini pulsuz səhiyyənin problemlərindən danışdı
19 dekabr 2019 11:24 (UTC +04:00)

Nazir müavini pulsuz səhiyyənin problemlərindən danışdı

"Səhiyyə müəssisələrinin nazirliyin və ya başqa qurumun tərkibində olması vacib faktor deyil".

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O qeyd edib ki, pulsuz səhiyyə özünü doğrultmayıb: "Pulsuz səhiyyə dövlət üçün böyük yükdür və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək".

R.Əliyev bildirib ki, nazirlik dövlətin səhiyyə siyasətini daim yürüdür və yürüdəcək.

O vurğulayıb ki, tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək.

# 1093
avatar

Oxşar yazılar