Məşhur aktyor gec evlənməsinə təəssüflənir  
18 dekabr 2019 19:26 (UTC +04:00)

Məşhur aktyor gec evlənməsinə təəssüflənir  


Amerikalı tanınmış aktyor jurnalistlərə çox gec evləndiyinə görə çox təəssüf etdiyini boynuna alıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Hyu Qrantın fikrincə, 57 yaşında nikaha girməsi onun ən böyük səhvi olub.

Hyu Qrant uzun müddət Hollivudun ən həsəd aparılan kürəkənlərindən hesab olunub. O, uzun müddət ailə institutunu inkar edib, dostları onu münasibətini rəsmiləşdirmək üçün yola gətirəndə isə bunun onun üçün nəyə görə lazım olduğunu başa düşə bilməyib.

Amerikalı aktyor 6 il İsveçdən olan televiziya prodüsseri anna Elizabet Eberştaynla görüşüb. Bu müddətdə onların 3 uşağı dünyaya gəlib.
 
2018-ci ildə sevgilisi Qranta 3-cü övladını hədiyyə edəndə onun həmin müddətdə çinli tinqlan Honqdan daha iki varisi ortaya çıxıb.

Beləliklə, ilk dəfə 51 yaşında ata olan aktyorun 7 ildə sürətli templə 5 uşağı dünyaya gəlib.

Amerikalı ulduz yalnız ötən ilin may ayında evlənib. Qrant indi etiraf edir ki, evli insan olmaq onun çox xoşuna gəlir və uzun illər bu addımı atmamasına görə təəssüflənir.
 
 

# 1688
avatar

Oxşar yazılar