1239
19:35
18 Dekabr 2019

TEXNOLOJİ İNQİLAB: enerjisiz işləyən simsiz qulaqlıq hazırlandı

"JBL" şirkəti enerjisiz işləyən simsiz qulaqlıqlar təqdim edib.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, qulaqlıqlara günəş şüalarını udan material quraşdırılıb: bu, adi enerji toplama qurğusundan imtinaya imkan verir. İndi "JBL" bu istehsal xəttini işə salmaq üçün "Indigogo" platformasında vəsait toplama kampaniyası keçirir.

Qurğunun prototipi istifadəçilərin smartfonuna "Bluetooth" vasitəsilə adi qulaqlıqlar kimi qoşulur. Qurğuya quraşdırılmış 700 milliamper/saat tutumunda batareyanı USB kabel vasitəsilə 2 saat ərzində tamamilə enerji ilə doldurmaq olar. Bu, qulaqlıqların 24 saat işləməsi üçün kifayətdir.

Bundan başqa, qulaqlıqlar İsveçin "Exeger" şirkətinin "Powerfoyle" materialı ilə təchiz edilib. Bu folqa tipi yalnız günəşli gündə deyil, həmçinin otaqda süni və ya dağınıq təbii işıqlandırma şəraitində enerji generasiya edə bilər.

Mühəndislərin məlumatına görə, açıq havada 1,5 saat gəzmək qulaqlıqların işləmə müddətini 68 saat, gündə 2 saat gəzmək isə 168 saat artıra bilər.

İndi "JBL" şirkəti "JBL Reflect Eternals" adlı ilk belə qulaqlıq prototipini 144 dollara təklif edir. Çatdırılma 2020-ci ilin oktyabrına nəzərdə tutulub.

Dİgər xəbərlər