12:13
18 Dekabr 2019

Məşhur aparıcı idmançı sevgilisini döydü

İngiltərənin məşhur "Love Island" televiziya proqramının aparıcısı Karoline Flak dekabrın 23-də məhkəmə qarşısına çıxacaq.

Lent.az -ın məlumatına görə, buna səbəb onun idmançı sevgilisini döyməsidir.

Tennisçi Levis Bartonla eşq yaşayan Flak qarşı tərəfin ona söylədiyi yalanlardan təngə gəlib. Nəticədə cütlük arasında ötən həftə münaqişə baş verib. Səhər saatlarında Flakın Londonda sevgilisi ilə birgə yaşadığı evə polis maşınları və təcili tibbi yardım gəlib. Polislər əlləri qan içində olan Flakı həbs ediblər.

Məlum olub ki, gecədən tərəflər arasında baş verən mübahisə getdikcə daha da gərginləşib. Sevgilisinə hücum edən Flak ona xəsarət yetirib. Xəstəxanaya aparılan Bartonun bədənində kəsilmiş yaralar aşkarlanıb. O, müalicəsini xəstəxanada davam etdirir.

Dİgər xəbərlər