“Buna görə yaşayıram” - Zidan
17 dekabr 2019 17:30 (UTC +04:00)

“Buna görə yaşayıram” - Zidan


“Bizi vacib oyun gözləyir. Amma heç də narahat deyiləm. “El Klasiko” olacağına görə hamı şaddır. “Barselona”ya qarşı meydanda keçirdiyim oyunları yaxşı xatırlayıram. Bu cür matçlara görə yaşayıram”.

Lent.az-ın məlumatına görə, bu sözləri “Real” klubunun baş məşqçisi Zinəddin Zidan deyib.

Fransalı mütəxəssis dekabrın 18-də “Barselona” ilə keçirəcəkləri səfər qarşılaşmasından öncə mətbuat konfransı keçirib.

Zidan rəqibin futbolçusu Lionel Messidən çəkinmədiklərini bildirib: “Hər şey meydanda həll olunacaq. Kiminlə üz-üzə gələcəyimizi yaxşı bilirik. Messi haqda əlavə sözə ehtiyac yoxdur. Bizim də öz silahımız var. “Barselona”ya qarşı baxımlı oyun göstərmək istəyirik”.

Qeyd edək ki, La Liqada bu mövsüm keçirdikləri 16 oyundan sonra eyni xala (35) malik “Barselona” və “Real” 1-2-ci pillələri bölüşürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731

Oxşar yazılar