Bu yol rənglənəcək - DİQQƏT
16 dekabr 2019 17:23 (UTC +04:00)

Bu yol rənglənəcək - DİQQƏT

"Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək Azneft meydanından Su idmanı sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi aparılacaq".

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

# 882
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar