Metronun bu stansiyası yarım saat çox işləyəcək - RƏSMİ
12 dekabr 2019 16:31 (UTC +04:00)

Metronun bu stansiyası yarım saat çox işləyəcək - RƏSMİ

Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"-"Düdelanj" oyunu ilə bağlı metronun iş qrafikində dəyişiklik edilib.

Bu barədə Lent.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər:

"Qeyd edim ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq".

# 1449
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar