Nazir müavini saxta şpris iddialarına aydınlıq gətirdi
11 dekabr 2019 11:16 (UTC +04:00)

Nazir müavini saxta şpris iddialarına aydınlıq gətirdi

Bütün dərman preparatlarında olduğu kimi Səhiyyə Nazirliyi tərəfindən şprislərin də strelliyi yoxlanılır və bunun standartları müəyyənləşib. 

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

O bildirib ki, Azərbaycanda istehsal olunan şprislərin standartı müəyyənləşib: “O ki, qaldı bəzi qurumlar və qeyri-hökumət təşkilatlar tərəfindən vurğulanır ki, 3 hissəli şprislərin qadağan olunması ilə bağlı qadağa yoxdur. Bu cür şprislər bütün dünyada istifadə olunur. Buna görə də 3 hissəli şprislərin saxta olması iddiası ilə bağlı əhalini yanlış yola yönlətmək düzgün deyil. Azərbaycanda istehsal olunan şprislər müasir tələblərə görə 2 hissəlidir. Bu şprislərin standartları Azərbaycanın müvafiq institutu tərəfindən və təsdiq olunub”. 

Nazir müavini qeyd edib ki, Azərbaycana idxal olunan şprislərlə bağlı Səhiyyə Nazirliyinin müvafiq qurumlarına tapşırıq verilib: “Apteklərdə yoxlamalar aparılan zaman onlardan nümunələr götürülür və sterilliyi Səhiyyə Nazirliyinin laboratoriyaları tərəfindən bir daha yoxlanılır. Bundan sonra şprislərin fiziki parametrləri də yoxlanılacaq. Gələn ildən Səhiyyə Nazirliyin Analitik Ekspertiza Mərkəzində bununla bağlı laboratoriyalar quraşdırılacaq. Bu şprislərin ucluqlarının və politeilin keyfiyyətini yoxlanılacaq.

# 1473
avatar

Oxşar yazılar