Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir - AÇIQLADI
10 dekabr 2019 15:17 (UTC +04:00)

Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir - AÇIQLADI

Əməkdar artist Elnarə Abdullayeva 6 mərtəbəli villa tikdirir.

Lent.az-ın məlumatına görə, bunu "5/5" verilişində aparıcı Zaur Kamal deyib. O, bu barədə E.Abdullayevaya sual ünvanlayıb:

"Deyir, elə bir ev tikdirirəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqcu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt tikinti işləri bitəcək?".

Elnarə "Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir... təmir gedir. Bitəndən sonra göstərəcəyəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəm", - cavabında bildirib.

# 2580
avatar

Oxşar yazılar