Yeni Ombudsmanın ilk vədi
10 dekabr 2019 11:59 (UTC +04:00)

Yeni Ombudsmanın ilk vədi

"Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçildiyim zaman çıxışımda bildirdiyim kimi, yetkinlik yaşına çatmayan şəxslərin, gənclərin hüquqlarının daha səmərəli təmini istiqamətində fəaliyyətimizi daha da  gücləndirəcəyik". 

APA-nın məlumatına görə, bunu 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.

O bildirib ki, gənclərin hüquqi maarifləndirilməsi, hüquq düşüncəsinin və mədəniyyətinin inkişaf edilməsi demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən olmaqla yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli təmin etmək baxımından da böyük əhəmiyyət kəsb edir.

# 1142
avatar

Oxşar yazılar