“Makqreqor Nurməhəmmədovla revanş döyüşü tələb edir” - UFC rəhbəri
10 dekabr 2019 10:41 (UTC +04:00)

“Makqreqor Nurməhəmmədovla revanş döyüşü tələb edir” - UFC rəhbəri

 

UFC-nin prezidenti Deyna Uayt açıqlama verib. 

Lent.az-ın məlumatına görə, o, iki çəki dərəcəsi üzrə sabiq çempion Konor Makqreqorun gələcək planından söz açıb. 

Uayt bildirib ki, irlandiyalı idmançı yanvarın 18-də Donald Serrone ilə baş tutacaq döyüşlə kifayətlənmək fikrində deyil. UFC rəhbəri Makqreqorun 2018-ci ildə məğlub olduğu Həbib Nurməhəmmədovdan revanş almaq istədiyini qeyd edib: “Konor Donaldla döyüşdə qələbə qazanacağına və bundan sonra oktaqonda Həbiblə üz-üzə gələcəyinə ümid edir. O, revanş görüşü tələb edir və Nurməhəmmədovla döyüşün baş tutmasında israrlıdır”.

Qeyd edək ki, yüngül çəki dərəcəsi üzrə hazırkı çempion Həbib Nurməhəmmədov isə növbəti döyüşünü gələn il, aprelin 18-də Toni Ferqyusona qarşı keçirəcək.

# 1035
avatar

Rizvan Babayev

Oxşar yazılar