22:55
09 Dekabr 2019

Bakıda 2 avtomobil toqquşub, 3 nəfər yaralanıb

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, qəza Zabrat qəsəbəsində baş verib.

2 minik avtomobilinin toqquşması nəticəsində 61 yaşlı Süleymanov Mübariz Yunis oğlu, 1973-cü il təvəllüdlü Əzizov Vasif Allahverdi oğlu və 1974-cü il təvəllüdlü Sadıqov Nikolay Faiq oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

M.Süleymanova döş qəfəsinin küt travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. V.Əzizova da döş qəfəsinin küt travması, N.Sadıqova isə sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Dİgər xəbərlər