
Dəm qazı iki can aldı: cinayət işi başlanıb

Bərdədə və Qusarda 3 nəfərin dəm qazından boğulması faktları ilə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, Bərdədə 3 yaşlı azyaşlının yaşadığı mənzildə dəm qazından boğularaq ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Bundan başqa, Qusarda 15 yaşlı qızın dəm qazından boğularaq ölməsi faktı ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Bərdə şəhərində 3 yaşlı Hüseynli Ayşən Etibar qızı anası ilə birgə dəm qazından zəhərlənib. Uşaq ölüb, ananın vəziyyəti ağırdır.
Qusarda isə 2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından boğularaq ölüb.

Oxşar yazılar

Naftalan sakini laqonda ilə özünü yaraladı
28 yanvar 2021 , 01:13
Azyaşlının üstünə qaynar su dağıldı
27 yanvar 2021 , 22:23
Azərbaycanda universitet tələbəsi dəm qazından boğuldu
27 yanvar 2021 , 21:29
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu
27 yanvar 2021 , 19:51
Rayonda iki nəfər qazdan zəhərləndi
27 yanvar 2021 , 18:19
Ticarət obyektlərinə nəzarət gücləndirildi - VİDEO
27 yanvar 2021 , 17:40
Xocalı polisi külli miqdarda silah-sursat aşkarladı-FOTO
27 yanvar 2021 , 17:04
Sosial şəbəkədə azyaşlı qızları əxlaqsızlığa cəlb edən HAKİM QARŞISINDA
27 yanvar 2021 , 17:00