“Onu xəstəxanalıq etmək üçün 4 il gözlədim” - məşhur idmançı
06 dekabr 2019 16:23 (UTC +04:00)

“Onu xəstəxanalıq etmək üçün 4 il gözlədim” - məşhur idmançı

 

“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç vaxtilə “İnter”in keçmiş müdafiəçisi Marko Materazzidən necə qisas aldığını açıqlayıb. 

Lent.az-ın məlumatına görə, o, təxminən illər əvvəl tullanaraq ayağı ilə Materazziyə zərbə vurduğu epizodu yada salıb. 

“İbrakadabra” Markodan intiqam almaq üçün 4 il gözlədiyini bildirib: “Yuventus”un heyətində “İnter”ə qarşı oynayırdım. Materazzi meydanda məni incitdi. O, güclü futbolçu idi. Ancaq sərt oynamağın da qaydası var. Məsələn, Paolo Maldini bunu çox yaxşı bacarırdı. Nə isə, 2006-cı ildə “İnter”lə keçirdiyimiz həmin oyunda Materazzi məni zədələdi və az sonra meydanı tərk etmək məcburiyyətində qaldım. 

Baş məşqçi Fabio Kapello məni əvəzləyəndə oynamaq istədiyimi bildirdim. Çünki Markodan qisas almaq istəyirdim. Ancaq sonra özüm də başa düşdüm ki, matçı davam etdirə bilməyəcəyəm. Elə alındı ki, “Yuventus”dan “İnter”ə keçdim, Marko ilə komanda yoldaşı olduq. Daha sonra “Barselona”, ardınca isə “Milan”a transfer edildim. 2010/11 mövsümündə baş tutan ilk Milan derbisində penalti qazandım. Mənə qarşı kobud oynayan kim idi? Əlbəttə ki, Materazzi. Penalti ilə hesabı açdıq. Fasilədə özümə dedim ki, ikinci hissədə Materazzidən illər əvvəlki epizodun əvəzini çıxacağam. Elə də etdim. Marko mənə yaxınlaşan vaxt ona taekvondo hərəkəti ilə zərbə vurdum. Nəticədə Materazzi xəstəxanalıq oldu. Deyan Stankoviç məndən nə üçün belə etdiyimi soruşdu. Ona bu cür cavab verdim: “Mən bu anı 4 ildir gözləyirdim”.

# 1701
avatar

Rizvan Babayev

Oxşar yazılar