Narkotik dövriyyəsinə görə 3 rayon sakini tutuldu
05 dekabr 2019 19:24 (UTC +04:00)

Narkotik dövriyyəsinə görə 3 rayon sakini tutuldu

 

Astara rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdiyi məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini K.Əlizadə narkotik vasitə olan heroin satarkən saxlanılıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 0,228 qram heroin götürülüb.

Polis əməkdaşları narkotik vasitəni ona satan həmyerlisi N.İmaməliyev də müəyyən edilərək saxlanılıb, ondan 0,240 qram heroin götürülüb.

Davam etdirilən tədbirlərlə N.İmaməliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib.  Əməliyyat-axtarış tədbirləri ilə şəhər sakini, əvvəllər məhkum olunmuş V.Malikov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 0,327 qram heroin, yaşadığı evdən isə 910 qram (ağ) civə aşkar edilərək götürülüb.

# 954
avatar

Mehman Nəbiyev

Oxşar yazılar