Şumaxerin avtomobili satıldı - 6,6 milyon dollara - FOTO
05 dekabr 2019 16:17 (UTC +04:00)

Şumaxerin avtomobili satıldı - 6,6 milyon dollara - FOTO

"Formula-1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin yarış avtomobili satışa çıxarılıb. Lent.az-ın məlumatına görə, bu məqsədlə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə hərrac keçirilib.

Lent.az xəbər verir ki, Şumaxerin vaxtilə idarə etdiyi bolid 6,6 milyon dollara satılıb.

“Ferrari” komandasını təmsil etmiş pilot 2002-ci ildə məhz bu avtomobillə San-Marino, Avstriya və Fransa Qran-prilərinin qalibi olmuş, 5-ci dəfə çempionluq sevinci yaşamışdı.

Qeyd edək ki, Şumaxer 2013-cü ildə Fransada, Alp dağlarında xizəklə sürüşən zaman yıxılaraq ağır kəllə-beyin travması almış, komaya düşmüşdü. Komadan ayıldıqdan sonra isə reabilitasiya prosesinə başlanmışdı.

# 1116
avatar

Oxşar yazılar