Bakıda zəhərlənib ölən tələbə ilə bağlı YENİ XƏBƏR - FOTO - YENİLƏNİB
05 dekabr 2019 17:33 (UTC +04:00)

Bakıda zəhərlənib ölən tələbə ilə bağlı YENİ XƏBƏR - FOTO - YENİLƏNİB

Dəm qazından zəhərlənərək ölən tələbə Nurlan Dadaşov haqqında yeni məlumatlar ortaya çıxıb.

Bu barədə Lent.az-a onun yaxınları məlumat verib. Bildirilib ki, N.Dadaşov 1998-ci il 7 iyun Ağsuda anadan olub. Universitetə imtahan verdiyi ilk il qəbul ola bilməsə də, ikinci il qarşısına məqsəd qoyaraq universitetə daxil ola bilib. N.Dadaşov savadlı və çalışqan tələbələrdən biri olub, buna görə də qrup yoldaşları, dostları tərəfindən həmişə sevilib.

Dostları onun vəfatından dərin kədər duyduqlarını bildiriblər.

***

13:01

"Vəfat edən tələbəmiz Ağsu rayonundan olub".

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Bəhruz Nəzərov deyib. O bildirib ki, tələbə kirayə yaşadığı evdə dəm qazından zəhərlənib:

"Onun meyiti Ağsu rayonuna aparılıb. Dəfn bu gün olacaq. Dəfnlə bağlı universitetin bir qrup müəllimi və vəfat edən tələbənin qrup yoldaşları da Ağsuya gedib".

***

11:37

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-Mexanika fakültəsinin tələbəsi, 21 yaşlı Nurlan Akif oğlu Dadaşov kirayə yaşadığı evdən dəm qazından boğularaq ölüb.

Universitetdən APA-ya faktı təsdiqləyiblər. 

Qeyd edək ki, N. Dadaşov 4-cü kurs tələbəsi olub. 

# 12052
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar