Röya Brilliantdan yazdı: "...ola da bilməz"
04 dekabr 2019 09:02 (UTC +04:00)

Röya Brilliantdan yazdı: "...ola da bilməz"

Xalq artisti Röya Ayxan “3D” verilişində Brilliant Dadaşova barəsində dediyi sözləörə görə peşman olub. Lent.az-ın məlumatına görə, Röya sosial şəbəkədə həmkarı barədə paylaşım edərək, ondan üzr istəyib:

“Mən sadəcə öz fikrimi söylədim və əsla Brilliant xanımı incitmək kimi bir niyyətim olmadı, ola da bilməz. Doğrudan da, fikrim onu incitdisə, bağışlasın! Hər zaman hörmətlə, böyük sevgi il onun yanında olmuşam və olacam da! Bu söz-söhbət artıq bitsin, xahiş edirəm!”.

 

Qeyd edək ki, Röyaya Brilliant barədə bu sözləri demişdi: “Erməniyə şərh yazdı,sonra niyə pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur... Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə "super" yazmaram.

Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında "super" yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Ümumiyyətlə, niyə mənim mahnımı oxumalıdır ki? Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram”.

# 2772
avatar

Yalçın UĞUR

Oxşar yazılar