Nar salatının hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
03 dekabr 2019 18:52 (UTC +04:00)

Nar salatının hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “Tamilla Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla nar salat resepti ilə tanış edəcəyik.

Tərkibi:

1 ədəd böyük nar, 150 qram toyuğun döş əti, 2 balaca kartof, 2 çuğundur, 2 balaca kök, 2 yumurta, Xama 300 milli qram.

Hazırlanması:

Əvvəlcə toyuğun döş ətini, kartofu, çuğunduru, kökü və yumurtanı ayrılıqda bişiririk. Bir gün soyuducuda saxlayırıq. Bütün ərzaqları sürtgəcdən keçiririk. Salatı hazırlayacağımız qabın mərkəzinə stəkan qoyub, ərzaqları düzürük. Birinci qata kartof düzür, üzərinə mayonez çəkib, yumurta və kökü əlavə edirik. Toyuğun döş ətini və çuğunduru əlavə edib, duz tökürük. İkinci qata da kartof vururuq, üzərinə mayonez çəkib yumurtanı, kökü, toyuğun döş ətini və çuğunduru əlavə edib, duz, istiot tökürük. Üzərini və kənarlarını naz dənələri ilə bəzəyirik. Sonra servis edirik.

Nuş olsun!

# 2113
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar