3228
13:42
03 Dekabr 2019

Azərbaycanda magistraturaya qəbul qaydası dəyişdirilir: Nazirdən AÇIQLAMA

"Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələsinin keçirilməsi ilə əlaqədar ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb".

APA-nın məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, magistratura səviyyəsində qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün müzakirələr də artıq yekunlaşıb: "Hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir".