312
09:47
02 Dekabr 2019

Qardaşına narkotik gətirmək istədi, yaxalandı

Türməyə narkotik maddə keçirmə cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az -a verilən məlumata görə, məhkum Əliyev Röyal Mansur oğlunun görüşünə gələn qardaşı Kürdəmir rayon sakini Əliyev Əhliman Mansur oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman ovqatın yığıldığı parça çantanın hər iki dəstəyinin içərisində xüsusi üsulla tikilərək gizlədilmiş bükülülərdə narkotik maddə - ümumi çəkisi 6.883 qram heroin və 1.004 qram metanfitamin aşkar edilib.

Məhkum Əliyev Röyal Mansur oğlunun Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.