Türkiyədə idmançıları daşıyan mikroavtobus aşdı: 2 ölü,, 15 yaralı
02 dekabr 2019 04:28 (UTC +04:00)

Türkiyədə idmançıları daşıyan mikroavtobus aşdı: 2 ölü,, 15 yaralı

 

Türkiyənin Yozqat şəhərində ağır-yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Ordu şəhərindən Yozqata gedən mikroavtobus idarəetmədən çıxaraq aşıb.  

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qeyd edək ki, avtobusda olan sərnişinlər Ordu şəhər Gənclər Birliyi Qadın Həndbol komandasının üzvləri olub. İdmançılar Yozqat şəhərində keçirilən turinirə gedirmiş.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 868

Oxşar yazılar