Azərbaycanda axundun oğlu sərxoş YAXALANDI
01 dekabr 2019 14:52 (UTC +04:00)

Azərbaycanda axundun oğlu sərxoş YAXALANDI

Zərdabda axundun oğlu saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik maşını yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb. 

Qeyd edək ki, M. Tağıyev  Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1748

Oxşar yazılar