55 yaşlı kişini bıçaqlayıb yol kənarına atdılar
29 noyabr 2019 22:50 (UTC +04:00)

55 yaşlı kişini bıçaqlayıb yol kənarına atdılar

Bu gün axşam saatlarında rayonun Baş Göynük kənd sakini, 1964-cü il təvəllüdlü Nizami Həsən oğlu Süleymanov bıçaqlanıb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, yaralı qarın boşluğunun sağ nahiysəninin kəsilmiş və deşilmiş, daxilən nüfuz edən bıçaq yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Münaqişə zəmnində bıçaqlandığı deyilən N.Süleymnaov Baş Laysqı yolunda tapılıb. 

Hazırda o, əməliyyat olunur. 

Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1119

Oxşar yazılar