Pərvin işdən çıxarılan polis sevgilisindən AYRILDI? - VİDEO - "Ağzına gələni yazır"
29 noyabr 2019 13:41 (UTC +04:00)

Pərvin işdən çıxarılan polis sevgilisindən AYRILDI? - VİDEO - "Ağzına gələni yazır"

Azərbaycanlı aktrisa Pərvin Abıyeva işdən çıxarılan polis sevgilisi Murad Abdullayevdən ayrılması xəbərinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, Pərvin bu barədə instaqramda paylaşım edib: "Ata ilə ana dünyasını dəyişir və ayrılır. Bacı-qardaş da ailə qurur ayrılır. Övladlar da böyüyür, ailə qurur və ayrılırlar. Amma ər və arvad ayrılmır".

Aktrisa daha sonra mövzuyla bağlı daha bir paylaşım da edib:   "Yazırsız, pozursuz, düzürsüz, qoşursuz. Bekar insanlar doluşub, şərh yerində ağzına gələni yazır. Məncə çox sevinməyin, hər şeyin reallığını mən bilirəm. Məndən daha yaxşı bilən olmaz".

 Qeyd edək ki, mətbuatda cütlüyün ayrılma xəbərləri dərc olunub.

Keçmiş polis Murad Abdullayev isə ad günündə rəqs etdiyi videosuna görə işdən çıxarılıb.

 

# 18083
avatar

Yalçın UĞUR

Oxşar yazılar