327
10:27
28 Noyabr 2019

Kənd sakininin avtomobilindən külli miqdarda narkotik tapıldı

Oğuz rayon sakinindən narkotik maddə götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, narkotik vasitə saxlamaqda şübhəli bilinən rayonun Xaçmaz kənd sakini Kür Zakirovu Oğuz rayon Polis Şöbəsinin əməkdaşları saxlayıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd bükümdə 9,36 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən əməliyyat tədbirləri ilə K.Zakirovun idarə etdiyi “VAZ 2106” markalı avtomobilə baxış keçirilən zaman sellofan torbada 440 qr qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.