Yas mərasimlərində israfçılığın qarşısı sərt şəkildə alına bilər  – Komitə sədri
27 noyabr 2019 13:07 (UTC +04:00)

Yas mərasimlərində israfçılığın qarşısı sərt şəkildə alına bilər  – Komitə sədri

 

Azərbaycanda yas mərasimlərində israfçılığın qarşısının alınmasının iki forması müəyyənləşdirilib. 
Lent.az trend-ə istinadla bildirir ki, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə,  Bakının əksər yerlərində yas mərasimi ilə bağlı məsələlər öz həllini tapıb: “Hazırda Azərbaycanda yas mərasimləri ilə bağlı müzakirələr davam etdirilir. Yas mərasimlərində israfçılığın qarşısının alınması üçün birinci forma qanunla sərt şəkil, digəri isə təbliğat yoludur”.

Onun sözlərinə görə, hələlik bu məsələdə təbliğat yoluna üstünlük verilir: “Təbliğatla bu məsələlərin getdikcə sadələşdirilməsi, bərabərləşdirilməsi nəzərdə tutulur. Zənginliyi və kasıblığına fərq qoyulmadan, tanınmış ictimai dövlət xadimləri və milli qəhrəmanları çıxmaq şərti ilə, yas mərasimləri eyni səviyyədə olmalıdır”.

S.Novruzov qeyd edib ki, artıq respublikanın əksər rayonlarında bu məsələ öz həllini tapıb: “Bakıda hazırda bu məsələlərin yoluna qoyulması ilə bağlı işlər gedir. Bəzi yerlərdə bu məsələ öz həllini tapıb, bəzi yerlərdə isə israfçılığa yol verilir. Biz də istəyirik ki, bunun qarşısı alınsın və vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsin".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1423

Oxşar yazılar