1710
12:30
27 Noyabr 2019

Bakıda intihara cəhd edən 15 yaşlı qızla bağlı YENİ MƏLUMAT

Bakıda intihara cəhd hadisəsi olub.

Daxili İşlər Nazirliyi 15 yaşlı İlahə Avcının intihara cəhd etməsi ilə bağlı məlumat yayıb. Lent.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda yeniyetmə qızın sərxoş olduğu bildirilir.

***

saat: 11:30

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə «Bakı Ağ Şəhər Bulvarı» ərazisində özünü dənizə atıb.

Bakı şəhər Prokurorluğundan Lent.az -a verilən məlumata görə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Dİgər xəbərlər