Bakı-Şamaxı-Yevlax yolunda qəza: 5 nəfər yaralandı
26 noyabr 2019 18:56 (UTC +04:00)

Bakı-Şamaxı-Yevlax yolunda qəza: 5 nəfər yaralandı

 

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 207-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1541

Oxşar yazılar