"Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Xədicə Hətəmlinin bu gün 12:30 radələrində halı pisləşib və qıcolma keçirib".
Bu barədə Lent.az-a Gəncə Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Raminə Məmmədova məlumat verib.
O bildirib ki, hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub:
"Məlumat üçün bildiririk ki, şagirdin epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib.
Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli məktəb kollektivi adından şagirdin ailəsinə başsağlığı verir, Allahdan səbr diləyirik".