Bir müddət öncə azadlığa çıxan müğənni Fədayə Laçın yenidən keçmiş duet ortağı Tacir Şahmalıoğlu ilə bir araya gəlib. Lent.az-ın məlumatına görə, bu barədə müğənni Tacir instaqram səhifəsində yazb:
"Kim nə deyir-yazır, fikir verməyin. Əsas odur ki, biz Fədayə xanımla Azərbaycanda nömrə 1 duet ortağı olmuşuq. Dünənki məclisimizdə də gözəl bir duetimiz alındı".
Qeyd edək ki, Tacir Şahmalıoğlu həmkarı barədə danışarkən bildirmişdi ki, Fədayə ilə yenidən bir araya gələ bilmir:
“Fədayə həbsdə olanda ona baş çəkə bilmədim. Çünki anası və bacısından başqa kimisəni içəri buraxmırdılar. Bacısı nə danışdığını bilmir. Əslində Fədayənin işinə qarışmasa da olar. Çünki ağıllı insandır. İnsan çuxura da düşə bilər. Bacısı şərait yaradır ki, Fədayə öz müəllimini unutsun. Olmaz. Ona sənəti mən vermişəm, oxumağı öyrətmişəm. Tövsiyə edirəm ki, öz ağlı ilə getsin. Bacısı deyib ki, Tacir yaxşı müəllim olsaydı, Fədayə həbsə düşməzdi. Sən mənə elə müəllim görsət ki, öz tələbəsini sona qədər izləsin. Mənim işim-gücüm qurtarıb ki, onun dalınca düşüm... Fədayə mənim yanımda olanda nə yıxılmadı, nə də başına iş gəlmədi. Fədayə tək oxumaq istədi, səhv elədi. Çünki nəsə əldə edə bilmədi”.