08:48
26 Noyabr 2019

Meksikada 133 ton narkotik ələ keçirilib

Bu ilin əvvəlindən oktyabrın 31-dək Meksikada narkotik alverçilərinə qarşı aparılan əməliyyatlar zamanı 133 ton narkotik vasitə ələ keçirilib.

APA “milliyet”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Katibliyinin saytında bildirilib.

Məlumata görə, göstərilən tarixlərdə Milli Qvardiya və yerli polis ölkənin müxtəlif bölgələrində cinayətkar təşkilatlara qarşı aparılan əməliyyatlarda narkotik vasitələrdən başqa, eyni zamanda 5 mindən çox silah-sursat müsadirə edib.

Əməliyyatlar zamanı ümumilikdə 8 min 691 nəfər saxlanılıb.

Müdafiə naziri Luis Kresensio Sandoval təhlükəsizlik qüvvələrinin bu istiqamətdə əməliyyatların qətiyyətlə davam etdirəcəklərini vurğulayıb.

Dİgər xəbərlər