BDU-nun əməkdaşlarına Prezidentin fərdi təqaüdü təyin olundu - SƏRƏNCAM
25 noyabr 2019 18:10 (UTC +04:00)

BDU-nun əməkdaşlarına Prezidentin fərdi təqaüdü təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarına Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

Lent.az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, sərəncamla Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşlarına Azərbaycan Prezidentinin fərdi təqaüdü verilsin:

Abdullayev Sərhəddin Qubaddin oğlu

Göyçayskiy Şövqisəfa Yusifziya oğlu

Quliyev Akif Ələkbər oğlu

Rüstəmov İzzət Əşrəf oğlu.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716

Oxşar yazılar