Damladan Aqşinə SƏRT SÖZLƏR: "Övladımı atasız qoyublar" - VİDEO
25 noyabr 2019 16:12 (UTC +04:00)

Damladan Aqşinə SƏRT SÖZLƏR: "Övladımı atasız qoyublar" - VİDEO

Müğənni Damla meyxanaçı Aqşin Fatehin şou-biznesdə olan qadın müğənnilər barədə dediyi tənqidi fikirlərə münasibət bildirib.

Lent.az-ın canlı yayımında qonaq olan Damla Aqşinin ittihamlarına kəskin reaksiya verib:

“Onun dediyi sözlərin heç biri mənə adiyyatı yoxdur. Allaha qurban olum, heç kimin övladını gözü yaşlı qoymamışam. Əksinə, mənim övladımı atasız qoyublar. Allaha şükür ki, kimdənsə qeyri-rəsmi övlad dünyaya gətirmirəm, kiminsə də ailəsini dağıtmıram.  

Düşünürəm ki, efirə çıxan hər kəs yaradıcılığından, mahnılarından, kliplərindən danışsa yaxşıdır. Nə olar ki, klipdən və peşəkar işlərinizdən danışasınız. Gözəl musiqilər, konsertlər olsun. Mən də yaxşı kliplər izləmək istəyirəm. Fotoaparatla çəkilən kliplər dayansın. Normal keyfiyyətli işlər görsünlər. 5-10 minə brend geyimlər geyinməsinlər, o geyimə xərclənən pulu aranjimanlarına xərcləsinlər. Çıxıb namusdan-qeyrətdən danışırlar. Şou-biznes ailə deyil. Sən sənətdəsən, niyə qeyrətdən, namusdan danışmalısan? Özəl həyatı sənətlə niyə eyni tərəziyə qoyurlar ki? Danışmayın. Çıxıb deyirlər ki, filankəslər filan şeydir, mən isə filan şey. Bu, düz deyil. Bir kişinin çıxıb efirdə qadın haqqında "sən kimsən?" "zamanında kim olmusan?" kimi sözlər danışması yaxşı deyil. Şəxsiyyətlə yaradıcılıq eyni tərəziyə qoyulmamlıdır. Bir insan boşanacaq, evlənəcək özü bilər.

Adi həyatda başqa tərzdə yaşayan o qədər insan var ki... Sadəcə, müğənni üzdə olduğu üçün barəsində çox danışırlar. O qədər yaxşı həmkarlarımı tanıyıram, min əziyyətlə öz balalarını saxlayırlar. Sadəcə, öz içimizdən olan insanlar bu sənət barəsində xoş olmayan sözlər səsləndirirlər. Ona görə də bizim səmimiyyətimizə inanmırlar. Bir-birlərini qırırlar, sabahısı gün öpüşüb görüşürlər. Tamaşaçı da baxıb deyir: "Bunlar kimdir? Dünən dalaşırdılar, bu gün barışırlar". Özləri bu şəraiti yaradıb. Çıxıb efirdə deyirlər ki, müğənni qızı almarıq. Tamaşaçı da fikirləşir ki, görəsən, bunlar nə işlə məşğul olurlar? Bu da düz deyil. 

Qeyd edək ki, A.Fateh şou-biznesdə olan qadın müğənnilər barəsində bu sözləri demişdi: "Müğənnilərin 90 faizi bilinmir nədir: nə ətdilər, nə balıq. Hərənin bir baxış tərzi var. 85 faizi yeməyini, maşınını, bağını İnstaqramda reklam edir. Hamiləni, kasıbı, acı, aşağı səviyyədə yaşayan insanları nəzərə almırlar. Demirlər ki, bu gün özümü göstərirəm, kimsə baxıb deyər, bəxtəvər bunun başına.

Elə pozğun müğənnilər var ki, onların lüks həyatı, geyimi, maşını, şəraiti uşaqlara təsir edir. Körpə baxıb düşünür ki, belə evdə yaşamaq, bahalı maşın sürmək, imkanlı olmaq üçün həmin müğənni kimi etməliyəm. Çoxları baxıb müğənniyə ibrət götürürlər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42254

Oxşar yazılar