Yurçeviç toya hazırlaşır - FOTOSESSİYA
25 noyabr 2019 15:46 (UTC +04:00)

Yurçeviç toya hazırlaşır - FOTOSESSİYA

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç üçün 2019-cu il əlamətdar hadisə ilə yekunlaşacaq.

Xorvatiyalı mütəxəssisin böyük qızı Lana ailə həyatı quracaq.

Şəxsi həyatını mümkün qədər gizlətməyə çalışan gənc xanım makedoniyalı futbolçu Risti Riki Mitrevskiyə ərə gedir. Cütlük onun “İstr” klubunda oynadığı vaxt tanış olub. 

Toy mərasimi dekabrın 27-də keçiriləcək. Artıq ilk övladını gözləyən cütlüyün münasibətləri harada rəsmiləşdirəcəyi dəqiqləşməyib.

Şimali Makedoniyanın gənclər yığmasının sabiq futbolçusu hazırda Kiprin “Enosis Neon Paralimni” klubunda çıxış edir.

Qeyd edək ki, L.Yurçeviç əvvəl Emil Tedeski ilə münasibətdə olub. (apasport)

# 1452
avatar

Oxşar yazılar