1437
10:28
23 Noyabr 2019

BDU-nun yataqxanasında zəhərlənən qızların SON VƏZİYYƏTİ

"Zəhərlənən tələbələrin vəziyyəti stabil olaraq qalır".

Bu sözləri Lent.az -a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, tələbələrin vəziyyəti yaxşılaşmağa doğru gedir:

“Onların reanimasiyada müayinələri davam edir.

Həmçinin tələbələrin bir neçə günə evə buraxılması gözlənilir”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin 2 nömrəli yataqxanasında 3 tələbə qız zəhərlənib. İki gün əvvəl həmin qızlar huşsuz vəziyyətdə tapılıblar. Onlardan biri ölüb (Fizika fakültəsinin 4-cü kurs tələbəsi , 1999-cu il təvəllüdlü Şəkər Xasmətova). Digər 2 tələbə isə Ekologiya və Torpaqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə İbadova və Kitabxanaçılıq və informasiya fakültəsinin 4-cü kurs tələbəsi Dilrubə Quliyeva Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Əlavə edək ki, faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.